Logo
    main-post-cover

    MWC 2023: Qualcomm hansı Android smartfonların peyk şəbəkəsi dəstəyini əldə edəcəklərini açıqlayıb

        Qualcomm şirkəti hələ keçən il Snapdragon 8 Gen 2 prosessoru ilə birlikdə Snapdragon Satellite adlı texnologiyasını da təqdim etmişdi. Bu, peyk şəbəkəsi texnologiyasıdır. İndi isə şirkət MWC 2023 sərgisi çərçivəsində sözügedən texnologiya barəsində əlavə məlumatlar verib və onu hansı brendlərin smartfonları tərəfindən dəstəklənəcəyini açıqlayıb. Snapdragon Satellite təqdim olunan zaman qeyd edilmişdi ki, o, Snapdragon X70 modeminə və Snapdragon 8 Gen 2 prosessoruna sahib smartfonlarda çalışacaq. Lakin MWC 2023 sərgisində şirkət elan edib ki, bu texnologiya Qualcomm-un 4-cü seriyasından 8-ci seriyasına kimi olan bütün prosessorlarında çalışacaq. Bu isə o deməkdir ki, peyk şəbəkəsi dəstəyi hətta ən büdcəli smartfonlarda belə mövcud olacaq
        Bundan əlavə olaraq peyk şəbəkəsi həmçinin avtomobillərə və smart ev əşyalarına da əlavə edilə bilər. Apple şirkətinin son iPhone modellərində reallaşdırmış olduğu peyk şəbəkəsi texnologiyasından fərqli olaraq Snapdragon Satellite peyk şəbəkəsi vasitəsilə mesajların mübadiləsini təkcə fövqəladə hallar zamanı deyil, istənilən an reallaşdırmağa imkan verəcək. Məlumatların mübadiləsi öz növbəsində Iridium şirkətinin peyk şəbəkəsi üzərindən reallaşdırılacaq. Bu xidmətin ödənişli və ya pulsuz olacağı bilinmir. MWC 2023 sərgisi çərçivəsində keçirilmiş xüsusi tədbir zamanı rəsmi olaraq elan edilib ki, Snapdragon Satellite texnologiyası Honor, Motorola, Nothing, OPPO, Vivo Xiaomi smartfonlarına inteqrasiya ediləcək. Bu şirkətlərin konkret olaraq hansı smartfon modellərinin peyk şəbəkəsi dəstəyini əldə edəcəkləri açıqlanmayıb. 
    Paylaş
    Bənzər xəbərlər