Logo
    main-post-cover

    MWC 2023: TECNO şirkəti smartfon gövdəsinin rəngini dəyişə bilən texnologiyanı sərgiləyib (VİDEO)

        MWC 2023 sərgisi çərçivəsində TECNO şirkəti smartfon gövdələrinin rənglərini dəyişməyə imkan verən Chameleon adlı texnologiyasını təqdim edib. Şirkət sərgidə bu texnologiyanın nəyə əsaslandığını açıqlayıb və arxa panel rəngini dəyişə biləcək gələcək smartfonun konseptini sərgiləyib. Hal hazırda bazarda olan xameleon smartfonlar öz rənglərini Günəş işığında olan ultrabənövşəyi şüalanmanın təsiri vasitəsilə dəyişə bilirlər. TECNO şirkətinin yeni texnologiyası isə bir qədər fərqli üsul vasitəsilə hazırlanıb. Belə ki, şirkətin bu texnologiyasına sahib olan smartfonun arxa paneli batareyaya birləşdirilib və o, mobil tətbiq vasitəsilə idarə edilir. Lakin arxa panel ənənəvi ekran deyil.
        Belə ki, arxa panel mikroprizma əsasında hazırlanmış xüsusi örtüyə sahibdir. Smartfon batareyası tərəfindən verilən cərəyan vasitəsilə prizmaların vəziyyətlərini tənzimləmək olar. Bu isə öz növbəsində prizmaların işığı əks etdirmək özəlliklərini dəyişir. Məsələn bu halda material əsasən mavi rəngi əks etdirə bilər. Bununla belə material tərəfindən hansı rəngin əks edilməsi istifadəçinin baxış bucağından da asılıdır. Buna görə də smartfonun arxa paneli bir rəng çalarına deyil, müxtəlif rəng çalarına sahibdir. Bundan əlavə olaraq arxa panelin rəngi batareyadakı enerji səviyyəsinə və smartfonda dinlənilən musiqiyə görə də dəyişə bilir. TECNO şirkətinin Chameleon adlı bu texnologiyasına sahib ilk smatfon prototipinin nə zaman sərgilənəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər