Logo
    main-post-cover

    MWC 2023: Xiaomi Watch S1 Pro-nun və Buds 4 Pro-nun qlobal versiyaları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    26.02.2023
    Emil
        Xiaomi şirkəti Xiaomi 13 smartfonlarının qlobal versiyalarındanXiaomi 13 Lite smartfonundan əlavə olaraq MWC 2023 sərgisində daha iki məhsulunun qlobal versiyalarını təqdim edib. Söhbət, Xiaomi Watch S1 Pro smart saatından və naqilsiz Buds 4 Pro qulaqlıqlarından gedir. İlk öncə Watch S1 Pro smart saatından başlayaq. Qeyd etmək lazımdır ki, sözügedən smart saat modeli Çin bazarında hələ keçən ilin avqust ayında satışa çıxmışdı. Watch S1 Pro klassik saat dizaynı, gövdəsində premium materialları və çoxfunksionallığı ilə seçilir. Sözügedən smart saat 1.47 düym AMOLED ekran ilə təchiz olunub. Bununla belə smart saatın gövdəsi paslanmaz poladdan hazırlanıb və onun ekranı yaqut şüşə ilə örtülüb.
        Xiaomi Watch S1 Pro 100-dən çox idman rejimini dəstəkləyir və istifadəçinin ürək döyüntülərini, qandakı oksigen miqdarını və hətta bədən temperaturunu da ölçə bilir. Smart saat əlavə olaraq stress səviyyəsini və yuxu keyfiyyətini monitorinq etmək özəlliyinə sahibdir. Bir dəfə şarj olunandan sonra Watch S1 Pro 14 gün ərzində çalışa bilir. Smart saat artıq Avropa bazarında 300 avro qiymətində satışa çıxıb. İndi isə keçək Buds 4 Pro qulaqlıqlarına. Bu naqilsiz qulaqlıqlar Watch S1 Pro kimi keçən ilin avqust ayında satışa çıxmışdı. Buds 4 Pro-nu Xiaomi-nin digər naqilsiz qulaqlıqlarından fərqləndirən əsas özəlliklərindən biri də eleqant dizayna sahib olmasıdır. Bununla yanaşı o, yaxşı səs keyfiyyətini də təmin edir.
        Buds 4 Pro-da Sony LDAC texnologiyasından istifadə edilir. Bu texnologiya məlumatların saniyədə 990 kbit (kilobit) sürətlə ötürülməsini təmin edir. Bununla yanaşı qulaqlıqlar yüksək keyfiyyətli audio formatı olan Hi-Res Audio-nu da dəstəkləyirlər. Buds 4 Pro istifadəçinin baş nahiyəsinin mövqeyini müəyyənləşdirərək səsi onun vəziyyətindən asılı olaraq nizamlayır. Ətraf səs-küyün aktiv boğulması funksiyası sayəsində isə Buds 4 Pro ətraf səs-küyü 48 dB-ə (desibel) kimi boğa bilir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 9 saat ərzində çalışa bilirlər. Lakin şarj keysi ilə birlikdə bu göstərici 38 saat təşkil edir. Xiaomi Buds 4 Pro Avropa bazarında artıq 250 avro qiymətində satışa çıxıb.
    Paylaş
    Bənzər xəbərlər