main-post-cover

    Naqilsiz AirPods 2 qulaqlıqları və AirPower şarj stansiyası barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    11.02.2019
    Emil Nəcəfov
        MySmartPrice saytı naqilsiz AirPods 2 qulaqlıqları və AirPower şarj stansiyası barəsində yeni məlumatlar verib. Beləliklə saytın verdiyi məlumata əsasən AirPods 2 qulaqlıqları xarici görünüşcə əvvəlki modeldən heç fərqlənməyəcək. Lakin texniki özəlliklər baxımından qulaqlıqlarda bəzi yeniliklər olacaq. Belə ki, qulaqlıqlar yaxşılaşdırılmış bas texnologiyası və ürək döyüntülərinin ölçülməsi texnologiyası ilə təchiz olunacaqlar. AirPods 2 qulaqlıqları iki rəngdə satışa çıxacaqlar: Ağ və qara. Qulaqlıqların təqribi qiyməti isə 200$ təşkil edəcək.
        AirPower şarj stansiyasına gəldikdə isə məlumata əsasən onun gövdəsi bir qədər qalın olacaq. Apple şirkəti şarj stansiyasının tez bir zamanda qızmasının qarşısını almaq üçün onun gövdəsini bir qədər qalın etməli olub. Təqdim olunmuş məlumatlarda həmçinin qeyd olunub ki, AirPower şarj stansiyası bir sıra eksklüziv funksiyalara da sahib olacaq. Lakin həmin funksiyalardan bir neçəsi iOS 13 əməliyyat sisteminin işıq üzü görməsi ilə aktivləşəcə. Naqilsiz şarj stansiyasının qiyməti təqribi olaraq 150$ təşkil edəcək. Məlumata əsasən AirPods 2 qulaqlıqları ilin sonunda, AirPower şarj stansiyası ilə şirkətin yaz fəslində edəcəyi təqdimatda təqdim olunacaq. Adətən bu, mart ayında baş verir.
    Linki kopyala