Reklam
Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar

Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar

Texnologiya
20.09.2021 PAYLAŞIM

    Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlıqlarının təqdimatlarını da gözləyirdilər. Lakin şirkət təqdimat tədbiri çərçivəsində sözügedən qulaqlıqları təqdim etmədi. Lakin verilmiş yeni məlumata əsasən AirPods 3-ün dizaynı artıq təsdiqlənib və o, irimiqyaslı istehsal prosesinə keçid edib. Buna görə də narahat olmaq lazım deyil. Məlumatda qeyd edilib ki, yeni naqilsiz qulaqlıqlar bu ilin sonuna kimi təqdim olunacaqlar.

    Təəssüflər olsun ki, verilmiş məlumatda AirPods 3-ün nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatlar yoxdur. Güman olunur ki, onun qiyməti AirPods 2-dən daha yüksək olacaq. Qeyd etmək lazımdır ki, AirPods 2 159$-a satılır. Gözləntilərə əsasən AirPods 3 modeli AirPods Pro-nun dizaynını əldə edəcək. Lakin ətraf səs-küyün aktiv boğulması funksiyasını AirPods 3-də gözləmək lazım deyil. Sözügedən funksiya eksklüziv olaraq AirPods Pro və AirPods Max modellərində istifadə olunur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×