Logo
    main-post-cover

    Naqilsiz Redmi Buds 4 Lite qulaqlıqlarının fotosu təqdim edilib

        91mobiles saytı Redmi brendinin yeni naqilsiz qulaqlıqlarının fotosunu təqdim edib. Söhbət, Redmi Buds 4 Lite qulaqlıqlarından gedir. Gözləntilərə əsasən sözügedən qulaqlıqlar yaxın zamanda təqdim olunmalıdır. Təqdim edilmiş fotodan da görmək olar ki, Redmi Buds 4 Lite xarici görünüşcə AirPods 3-ü xatırladır. Bununla belə böyük ehtimalla Redmi Buds 4 Lite modeli ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləməyəcək. Qulaqlıqların texniki özəllikləri barəsində məlumat yoxdur. Heç istisna deyil ki, Redmi Buds 4 Lite qulaqlıqları Xiaomi 13 smartfon seriyası ilə birlikdə təqdim edilsin.
    Paylaş
    Bənzər xəbərlər