
Naqilsiz şarj cihazı Apple AirPower'in aqibəti necə oldu?
Elm & Texnologiya
17.09.2018
Emil
Naqilsiz şarj cihazı AirPower ilk dəfə 2017-ci ildə təqdim
olunmuşdu. Həmin vaxtda Apple şirkəti sözügedən cihazı 2018-ci ildə satışa
çıxartmağı söz vermişdi. Lakin bu hələ də baş verməyib. AirPower cihazının ləğv olunmasının səbəblərini SonnyDickson adlı sayt təqdim edib. Hələ 2017-ci ildə
AirPower cihazını təqdim etməklə Apple şirkəti naqillərin olmadığı bir dünyanı
söz vermişdi. İstifadəçi öz iPhone və ya Apple Watch cihazını AirPower-in üzərinə
qoyaraq onu şarj edə biləcəkdi. Naqilsiz şarj stansiyasının satışlarına bu il
start verilməli idi. Lakin Apple şirkəti sözügedən cihazın istehsalında bir
sıra problemlər ilə qarşılaşıb.
Məlumatlara əsasən bu cür problemlərdən biri də
cihazın tez zamanda qızmasıdır. Qızma nəticəsində cihazın daxili komponentləri
yararsız hala düşür. Bundan əlavə olaraq AirPower-in proqram təminatındakı bəzi
səhvlər nəticəsində cihaz özünə qoşulmuş digər cihazları təyin edə bilmir. Bu
problem əsasən AirPods qulaqlıqlarının və Apple Watch saatlarının qoşulmasında
yaranır. Sonda ən əsas problem cihazda olan induksiya qurğularıdır.
Hesablamalarda olan səhvlər ucbatından cihaz çox zaman özünə qoşulmuş cihazlara
cərəyanı ötürə bilmir. Bu cür nasazlıqlardan əlavə olaraq induksiya qurğuları
da stabil çalışmayaraq AirPower-in enerji sərfiyyatını sürətli şəkildə aşağı
endirirlər. Məlumatlara əsasən Apple şirkəti məhsulun çertjojlar səviyyəsinə
qayıdaraq onu sıfırdan hazırlamağa başlayıb.
Paylaş
Bənzər xəbərlər