main-post-cover

    Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    24.05.2022
    Emil Nəcəfov
        Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4Buds 4 Pro qulaqlarından gedir. Adi Redmi Buds 4 qulaqlıqları ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyirlər. Lakin Redmi Buds 4-də reallaşdırılmış bu funksiyanın effektivliyi Redmi Buds 4 Pro-da reallaşdırılmış eyni funksiyanın effektivliyindən daha aşağıdır. Belə ki, adi Redmi Buds 4 qulaqlıqları 35 dB-ə (desibel) kimi olan ətraf səs-küyü boğa bilirlər. Sözügedən qulaqlıqların tərkiblərində 10 millimetrlik audio drayverlər yerləşdirilib. Bununla yanaşı adi Redmi Buds 4 qulaqlıqları yalnız Bluetooth 5.2 standartının dəstəyinə sahibdirlər. Bir dəfə şarj olunandan sonra Redmi Buds 4 qulaqlıqları 6 saat ərzində çalışa bilirlər.
        Qulaqlıqların sahib olduqları şarj keysi vasitəsilə isə bu göstərici 30 saata yüksəlir. Redmi Buds 4 bu ayın sonunda Çində 30$ qiymətində satışa çıxacaq. Daha sonra isə sözügedən qulaqlıqların qlobal bazarda satışa çıxacaqları gözlənilir. Redmi Buds 4 Pro-ya gəldikdə isə bu qulaqlıqlar ətraf səs-küyün ağıllı şəkildə boğulması funksiyasına sahibdirlər. Bu funksiya vasitəsilə Buds 4 Pro qulaqlıqları 43 dB-ə kimi olan ətraf səs-küyü boğa bilir. Bundan əlavə olaraq Buds 4 Pro qulaqlıqlarının gövdələri IP54  standartı üzrə sudan və tozdan qorunurlar.
        Bir qayda olaraq onlardan yağışlı havada istifadə etmək mümkündür. Redmi Buds 4 Pro-nun tərkibi 10 mm-lik audio drayverlərdən və 6 mm-lik yüksək tezlikli səsgücləndiricidən ibarətdir. Sözügedən qulaqlıqlar Bluetooth 5.3 standartının dəstəyinə sahibdirlər. Məlumata əsasən Buds 4 Pro ətraf səs-küyün boğulması funksiyasının deaktiv olduğu halda 9 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində bu göstərici 36 saata yüksəlir. Redmi Buds 4 Pro da bu ayın sonunda Çində 56$ qiymətində satışa çıxacaq və daha sonra bu qulaqlıqların qlobal bazarda satışa çıxacaqları gözlənilir.
    Linki kopyala