
“Nar” AICT-2016 beynəlxalq konfransına dəstək verdi
Elm & Texnologiya
07.05.2017
Farid
Mobil operator "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundakı elmi konfransda təmsil olundu.
12-14 oktyabr 2016-cı il tarixdə texnika sahəsində
çalışan mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan və
radioelektronika, elektrotexnika, hesablama sistemləri və şəbəkələri
standartlarının hazırlanması sahəsi üzrə bir dünya lideri hesab edilən
Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical
and Electronics Engineers – IEEE) "İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi” (Application of Information and Communication Technologies –
AICT-2016) mövzusundakı 10-cu beynəlxalq konfransı Azərbaycanda keçirildi.
Azərbaycan Respublikası Rabitə və yüksək
texnologiyalar nazirliyi və Təhsil nazirliyinin dəstəyi ilə təşkil edilən üçgünlük
elmi konfrans Qafqaz Universitetinin tədris binasında, Bakı Dövlət Universitetində
və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda
keçirildi.
İnformasiya texnologiyalarının inkişafı və
innovasiyalara xüsusi önəm verən "Nar” bu mötəbər tədbirə dəstək verərək,
forumun təşkilatçıları arasında yer aldı. Konfransın açılış mərasimində çıxış
edən "Azerfon” şirkətinin texniki və informasiya texnologiyaları üzrə baş
müdiri Xəyyam Həsənli informasiya texnologiyaları sahəsindəki yeni trendlərin
mobil rabitədə tətbiqi və innovasiyalara meyl edən "Nar” operatorunun bu sahədəki
böyük və uğurlu təcrübəsindən söhbət açdı. Çoxsaylı yerli və xarici qonaqların
iştirak etdiyi tədbir dəyərli elmi müzakirələr və geniş təcrübə mübadiləsi formatında
keçirildi.
Paylaş
Bənzər xəbərlər