
“Nar”-dan “Smartfon al, bayram et!” kampaniyası
Elm & Texnologiya
07.05.2017
Farid
"Nar” və "World Telecom” mağazalar şəbəkəsi daha bir
müştərək kampaniyaya start verdilər. Belə ki, 31 yanvar 2017-ci il tarixədək "World
Telecom”-dan nağd və ya 50% ilkin ödənişlə istənilən smartfonu almış hər bir kəs
"Nar”-dan bonuslar qazanır.
Qeyd edək ki, istənilən Azərbaycan vətəndaşının
yararlana biləcəyi kampaniya çərçivəsində "Nar”-dan bonus olaraq nömrə, 6 ay
arzində 250 AZN danışıq balansı və 1,5 GB internet trafiki təqdim olunur. Bonusların
aktiv olması üçün balans hər ay birdəfəyə ən az 5 AZN artırılmalıdır.
Kampaniyaya daxil olan smartfonlar barədə məlumatı
"World Telecom”-un çağrı mərkəzinə zəng etməklə (070 5550555) və ya internet səhifəsinə
daxil olmaqla (w-t.az) əldə etmək mümkündür.
"Nar” tarif və kampaniyaları barədə ətraflı məlumatı
nar.az internet səhifəsindən öyrənmək olar.
Paylaş
Bənzər xəbərlər