NASA agentliyi Aya astronavtların göndərilməsi layihələrini reallaşdıracaq 3 əsas şirkəti seçdi

NASA agentliyi Aya astronavtların göndərilməsi layihələrini reallaşdıracaq 3 əsas şirkəti seçdi

Texnologiya
04.05.2020 PAYLAŞIM

    NASA agentliyi Artemis adlı kosmik proqram çərçivəsində Ay üçün eniş modulları üzrə layihələr hazırlayacaq 3 özəl kosmik şirkəti seçib. Seçilmiş şirkətlər bunlardır: SpaceX, Blue OriginDynetics. NASA agentliyi seçilmiş şirkətlərə ümumilikdə 967 milyon dollar vəsait ayırıb. Həmin şirkətlər 10 ay ərzində astronavtları Ayın səthinə çatdıra biləcək konsept layihələrini tamamlamalıdırlar. Bu barədə Vc.ru saytı xəbər verib.

Artemis missiyasının əsas məqsədi 2024-cü ilə kimi astronavtları Ayın Cənub Qütbünə göndərmək və 2028-ci ilə kimi Aya daimi uçuş missiyalarını reallaşdırmaqdır.

    SpaceX şirkəti Starship kosmik gəmisinin Ay üçün olan versiyasını hazırlamaq yolunda NASA-dan 135 milyon dollar vəsait əldə edəcək. SpaceX-in layihəsinin uğurlu olacağı halda şirkət NASA-ya daha ucuz çox istifadəli raket təqdim edə bilər. Jeff Bezos-a məxsus olan Blue Origin şirkəti general vasitəçi rolunu oynayır. O, National Team adlı komandaya rəhbərlik edəcək.


Sözügedən komanda daxilində Lockheed Martin, Northrop Grumman və Drapper kimi şirkətlər birləşiblər.

    National Team komandası Blue Moon eniş modulunun təkmilləşdirilməsinə, uçuş startı proqramının hazırlanmasına, sistemlərin layihələndirilməsinə, təhlükəsizliyin təmin olunmasına və missiyanın reallaşdırılmasına ümumilikdə 579 milyon dollar vəsait əldə edəcək. Lockheed Martin şirkəti çox istifadəli qalxma sisteminin hazırlanması, Northrop Grumman şirkəti keçid pilləsininin hazrlanması, Drapper şirkəti isə eniş və kompüter sistemlərinin hazırlanması ilə məşğul olacaq.

    Bu layihə Blue Origin New Glenn raketində reallaşdırılacaq. Dynetics şirkəti NASA-dan 253 milyon dollar vəsait əldə edəcək. Sözügedən şirkət Sierra Nevada Corporation şirkəti ilə birlikdə çox istifadəli kosmik aparat üzərində çalışır. NASA agentliyi Artemis missiyasında istifadə ediləcək yekun layihəni hələ seçməyib. 10 ay ərzində agentlik hər 3 şirkət tərəfindən hazırlanacaq layihələrin texniki hazırlıqlarını və perspektivlərini qiymətləndirəcək. Daha sonra isə NASA qalib olacaq şirkət ilə müqavilə bağlayacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barə..


Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyas..

Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdır..


Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet ..


OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj te..

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyaların..


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..

×