NASA agentliyi Marsa ilk astronavtların nə zaman göndəriləcəyini elan etdi

NASA agentliyi Marsa ilk astronavtların nə zaman göndəriləcəyini elan etdi

Texnologiya
23.10.2019 PAYLAŞIM

    Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modellərini təqdim etmişdi. NASA-nın astronavtları Aya göndərmək müddəti bəlli olsa da Marsa ediləcək uçuşun müddəti hələ də müəmmalı olaraq qalırdı. Lakin bu vəziyyət də dəyişib. Belə ki, hər il keçirilən beynəlxalq astronavtika konqressi çərçivəsində NASA agentliyinin rəhbəri ilk astronavtların nə zaman Marsa yola düşəcəyi tarixini açıqlayıb. Bu barədə Techcrunch saytı xəbər verib.

    Müxtəlif ölkələrin kosmik agentliklərinin rəhbərləri ilə görüş zamanı onlara insanın Marsa nə zaman göndəriləcəyi barəsində sual verilib. NASA agentliyinin rəhbərinin sözlərinə əsasən əgər bu məqsəd üçün bütün ölkələr birləşsələr astronavtları Marsa artıq 2035-ci ildə göndərmək mümkün olacaq. “Əgər biz, Aya eniş prosesini sürətləndiririksə deməli Marsa uçuşu da sürətləndiririk. Əgər bizim yetəri qədər vəsaitimiz olsaydı mən güman edərdim ki, artıq 2035-ci ildə Marsa ilk astronavtlar yollana biləcəklər” - deyə NASA rəhbəri qeyd edib.


    Qeyd etmək lazımdır ki, hal hazırda NASA üçün ən prioritetli layihə məhz Artemida layihəsidir. Bu layihə çərçivəsində astronavtlar yenidən Aya uçacaqlar. Lakin bu dəfə onların arasında ilk dəfə qadın astronavt da  Ay səthinə ayaq basacaq. Sözügedən missiya 2024-cü ildə reallaşdırılacaq. NASA rəhbəri ümid edir ki, artıq 2028-ci ilə kimi onlar Ayda öz mövqelərini gücləndirərək insanların orda mütəmadi yerləşməsini təmin edəcəklər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barə..


Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyas..

Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdır..


Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet ..


OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj te..

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyaların..


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..

×