
NASA bu dəfə də bacarmadı.
Elm & Texnologiya
07.05.2017
Farid
NASA, yəni Amerikan Havacılıq və Kosmos idarəsinin
gələcək illərdə Mars planetinə ediləcək səyahətlərdə istifadə olunması
planlaşdırılan kosmik səyahət gəmisi yenidən parçalandı.
Buna bənzər bir təcrübə keçən il də aparılmışdı.
Ancaq keçən il də NASA bu istəyini gerçəkləşdirə bilməmişdi.
Sakit okean üzərindəki Havay adalarında aparılan təcrübədə,
uçan disk formalı kosmik sıyahət gəmisini daşıyan hava şarı okeana
buraxıldıqdan bir az sonra parçalanıb. Keçən il edilən təcrübədə də buna oxşar
bir problem yaşanmışdı.

"Flying Saucer” adlı kosmik gəminin bacarığı aşağı sıxlıqlı supersonik səs
dalğalarını istifadə edərək sürət qazanmaq və yavaşlamaq idi. Bu gəminin Mars
planetinə ediləcək uzunmüddətli səyahətlərdə istifadəsi planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər