NASA gələcək Ay missiyası üçün nəzərdə tutulmuş yeni nəsil skafandrı sərgiləyib (VİDEO)

NASA gələcək Ay missiyası üçün nəzərdə tutulmuş yeni nəsil skafandrı sərgiləyib (VİDEO)

Texnologiya
16.03.2023 PAYLAŞIM

    NASA Artemis” missiyası çərçivəsində gələcək astronavtların Ay səthində tədqiqatları üçün nəzərdə tutulmuş yeni nəsil skafandrı təqdim edib. Skafandr Axiom Space adlı özəl şirkət tərəfindən hazırlanıb. Qeyd etmək lazımdır ki, sözügedən şirkət həmçinin gələcəkdə BKS-i (Beynəlxalq Kosmik Stansiya) əvəz edəcək yeni orbital stansiya üzərində də çalışır. Məlumatda qeyd edilib ki, hazırlanmış yeni nəsil skafandr son 40 il ərzində istifadə edilən daha əvvəlki skafandr modellərindən daha geniş hərəkət azadlığını təmin edir. Məsələn, astronavt sözügedən skafandr daxilində daha komfortlu şəkildə hərəkət edə, əyilə və diz üstə çökə bilər.


    Bununla yanaşı skafandra astronavtlara lazım olacaq müxtəlif növ alətlər də yerləşdirilib. Skafandrın dəbilqə hissəsinə yüksək keyfiyyətli kamera yerləşdirilib və həmin kamera təsviri birbaşa Yer kürəsinə ötürmək imkanına sahibdir. Dəbilqə hissə həmçinin bir neçə ədəd fənərə də sahibdir. Skafandrın arxa hissəsində astronavtın həyat dəstəyi üçün nəzərdə tutulmuş bel çantası mövcuddur. Mühəndislərin sözlərinə əsasən sözügedən skafandr astronavtın ekstremal soyuq temperaturdan qorunmasını təmin edir. Skafandrın xarici görünüşü üzərində Apple TV+ servisinin fantastik janrda serialı olan “For All Mankind”-ın kostyum dizayneri çalışıb.

    Qeyd etmək lazımdır ki, skafandrın qara rəngli versiyası sadəcə effektli təqdimat üçün sərgilənib. Reallıqda isə astronavtlar skafandrın ağ rəngli versiyasından istifadə edəcəklər. Ağ rəngli versiya öz növbəsində astronavtları yüksək temperatur göstəricilərindən qoruyacaq. Yeni nəsil skafandrdan “Artemis III” missiyası çərçivəsində istifadə ediləcək. Plana əsasən bu missiya 2025-ci ildə reallaşdırılacaq və onun çərçivəsində astronavtlar Ay səthinə ayaq basacaqlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×