NASA kosmosdan Yer kürəsinə pişik videosu göndərib (VİDEO)
Elm & Texnologiya
21.12.2023
Emil Nəcəfov
NASA tarixdə ilk dəfə yüksək keyfiyyətli videonu kosmosdan Yer kürəsinə göndərib. Yer kürəsinə göndərilmiş video 31 milyon km yol qətt edərək planetimizə çatıb. Bu məsafə Yer kürəsi ilə Ay arasındakı məsafədən 80 dəfə daha uzundur. Videonun göndərilməsi üçün Psyche adlı kosmik aparatdan istifadə edilib. Sözügedən aparat bir neçə həftə bundan öncə kosmosa göndərilmişdi. Onun əsas məqsədi Yupiter ilə Mars arasında yerləşən eyniadlı asteroidin incələnməsidir.
Psyche kosmik aparatı videonu Yer kürəsinə lazer şüalanması vasitəsilə göndərib. Video bizim planetə 1 dəqiqə 41 saniyə ərzində çatıb. Videonun maksimal ötürülmə sürəti saniyədə 267 Mbit, minimal ötürülmə sürəti isə saniyədə 62.5 Mbit təşkil edib. Mütəxəssislər siqnalı Kaliforniyadakı teleskop vasitəsilə əldə ediblər. Maraqlısı ondadır ki, videonun NASA mərkəzinə ötürülməsinə onun Yer kürəsinə çatmasından daha çox zaman sərf edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çində dünyanın ən performanslı superkompüteri işə salınıb
Çində dünyanın ən performanslı superkompüteri işə salınıb
Çinin Quançjou şəhərində yerləşən Milli Superkompüter Mərkəzinin mütəxəssisləri dünyanın ən performanslı olduğu iddia edilən superkompüteri işə salıblar.
Yeni internet standartı gecikmələri azaldacaq və internet sürətini yüksəldəcək
Yeni internet standartı gecikmələri azaldacaq və internet sürətini yüksəldəcək
Yaxın zamanda istifadəçilər internetin daha sürətli olduğunu müşahidə edə bilərlər.
ABŞ çip istehsalı sahəsində Tayvan və Çindən uzun illər ərzində asılı qalacaq
ABŞ çip istehsalı sahəsində Tayvan və Çindən uzun illər ərzində asılı qalacaq
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə ABŞ yarımkeçiricilərin istehsalı sahəsində müstəqillik əldə etməkdən hələ çox uzaqdır.
Elektromobillər nə dərəcədə etibarlıdır?
Elektromobillər nə dərəcədə etibarlıdır?
ABŞ-ın Consumer Reports adlı jurnalı elektromobillərin bəyan edildiyi kimi ənənəvi avtomobillərdən daha etibarlı olub-olmadıqlarını yoxlamaq üçün son 23 il ərzində 330 000 avtomobil sahibindən müxtəlif məlumatları yığıb.
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Recurrent adlı analitik şirkət qışın soyuq hava şəraitinin elektromobillərin yolları hansı məsafədə qətt etmə bacarıqlarına necə təsir göstərdiyini aydınlaşdırıblar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!