main-post-cover

    NASA Venera planetinə insan göndərməyi planlaşdırır

    Elm & Texnologiya
    18.10.2018
    Farid Pardashunas
        NASA Venera planetinə insanın göndərilməsi üzrə HAVOC missiyasının konsepsiyasının hazırlanmasına start verib. Plana əsasən Venera planetinə göndəriləcək insanlar planetin buludlarında yerləşəcək yüksək texnoloji dirijabllarda yaşayacaqlar. Qeyd etmək lazımdır ki, Venera planetinin səthindəki yüksək təzyiq qüvvəsi, temperatur (460 dərəcə) və zəhərli atmosfer göstəriciləri insanın planetin səthinə enməsini qeyri mümkün edir. Lakin NASA-dan olan mütəxəssislərin fikrincə Venera planetinin yuxarı layları Yer kürəsindəki həyat şəraitinə bənzəyir.

        Planetin səthindən 50-60 km yüksəklikdə olan təzyiq Yer kürəsinin aşağı laylarındakı təzyiq ilə demək olar ki, eynidir. Bununla yanaşı Venera planetinin həmin yüksəklikdəki temperatur göstəriciləri 20-30 dərəcədir. Bu cür yüksəklikdə NASA dirijabllar yerləşdirməyi planlaşdırır. Dirijablların günəş enerjisi ilə çalışacağı planlaşdırılır. Dirijablların daxilində oksigen ilə azot qarşığı olacaq. Həmin qarışıq lazımi yüksəklikdə qalmanı təmin edəcək. Dirijablların gövdələri isə elə bir materialdan hazırlanacaq ki, həmin material sulfat turşusu tərəfindən paslanmaya məruz qalmasın. Qeyd etmək lazımdır ki, Venera planetinin atmosferində sulfat turşusu yetəri qədərdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər