
NATO önəmli qərar qəbul etdi
Elm & Texnologiya
07.05.2017
Farid
NATO'nun qəbul etdiyi son qərara görə, artıq quru, hava və dənizdən sonra kiber dünya da müəyyən olunmuş rəsmi müharibə əraziləri sırasına alındı.
Bundan sonra kiber hücumlara qarşı görüləcək tədbirlər daha fərqli və professional olacaq. Gün keçdikcə inkişaf edən texnologiya ilə yanaşı düşmən ölkələr də artıq silah əvəzinə, kiber hücumlara üstünlük verir və böyük zərərlər verməyə nail olur. Son zamanlarda artan kiber hücumlar isə artıq bu sahədə müəyyən tədbirlər görülməsini ehtiva edirdi. Buna görə də bu məsələdə bir çıxış yolu axtaran NATO belə önəmli qərara imza atdı.Alınan qərara görə artıq kiber aləm də rəsmi müharibə zonası elan olundu. Bundan sonra hücum edən təşkilat və ya ölkələrə qarşı NATO tərəfindən qarşılıq veriləcək. Əgər NATO ölkələrindən birinə qarşı kiber hücum olarsa, digər NATO ölkələri zərərçəkmiş ölkənin yanında olacaq və birlikdə hərəkət edəcəklər. Son zamanlarda Çin, Rusiya, İran'dan hackerlar, xüsusilə, tez tez ABŞ'ı hədəf alırdılar. Artıq bundan sonra kiber aləm rəsmi zona elan edildiyi üçün bu cür hücumlara qarşı çox ciddi tədbirlər görüləcək.
Paylaş
Bənzər xəbərlər