
Indiegogo-da 4 dəqiqəyə 75.000$ vəsait yığan yüksək performanslı planşet
Elm & Texnologiya
07.05.2017
Farid
Finlandiyanın "Eve Tech” şirkəti hal-hazırda Eve V planşeti üzərində çalışır.
Məlumatlara əsasən bu planşet bazarda ən güclülərindən biri
olacaq. Şirkət, layihəni Indiegogo platformasına yerləşdirəndən sonra lazım olan 75.000$ vəsaiti 4 dəqiqə ərzində yığıb. 24 saat ərzində layihə 600.000$
(hal-hazırda isə 785.000$-dan çox) vəsait toplayıb. 500 ədəd planşet olacaq
start tirajı isə 3 dəqiqə ərzində ön sifariş edilib. Ön sifariş etmiş ilk şəxslər, planşeti 2017-ci ilin Fevral ayında əldə edə biləcəklər. Bəs bu layihəni bu qədər
uğurlu edən nədir? Maraqlısı ondadır ki, istifadəçilərin diqqətini planşetin
1399$-lıq variantı çəkib. Bu variant Intel Core i7-7Y75 (Kaby Lake-Y seriyası)
prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş və 12.3 inç-lik ekran ilə təchiz
olunub. Sizcə bu qiymət bahadır? Elə isə müqayisə üçün deyək ki, 512 GB daxili
yaddaşa sahib Microsoft Surface Pro 4 2199$, Dell XPS 13 isə 1849$ qiymətinədir.Eve V planşeti bir dəfə şarj olunandan sonra 10-12 saat ərzində çalışa bilir.
Ayrıca olaraq 39$-a V
Pen stilusunu almaq və 50$-a Windows 10 Pro əməliyyat
sistemini yazmaq olar.
Paylaş
Bənzər xəbərlər