
Nərimanovda Qafqazın ən böyük elektronika mağazası açıldı
Elm & Texnologiya
19.04.2018
Farid
Bakıda 3 mərtəbəli elektronika və məişət texnikası hipermarketi xidmətə başladı.
18 apreldə Nərimanov metrosunun çıxışında yerləşən yeni elektronika və məişət
texnikası hipermarketinin açılış mərasimi keçirilib.
Baku Electronics-ə məxsus bu mağaza 2500 kvadrat metr sahəyə malikdir və təkcə
Azərbaycanın deyil, Qafqazın ən böyük mağazası hesab edilə bilər. Mağaza 3
mərtəbədən ibarətdir: 1-ci mərtəbə elektronika məhsullarına, 3-cü mərtəbə isə məişət
texnikasına ayrılıb. Xüsusilə qadınlar üçün nəzərdə tutulan 2-ci mərtəbədə İtaliya və
digər ölkələrin tanınmış brendlərindən olan qab-qacaq, tekstil və dekor əşyalarının
geniş çeşidi sərgilənir.
Mağazanı açıq elan edən NAB şirkətlər qrupunun icraçı direktoru Can Öztürk
çıxışında bildirib ki, “İnanırıq ki, Nərimanov mağazamız hamı üçün rahat və münasib
alış-veriş məkanına çevriləcək. Belə bir satış mərkəzinin açılışı Azərbaycan
iqtisadiyyatının inkişafına, güclü dövlətdə güclü şirkətlərin qurulmasına bir
nümunədir”.
Açılışda Samsung, LG Electronics, Bosch-Siemens şirkətlərinin nümayəndələri də
çıxış edərək yeni mağazaya uğurlar arzu ediblər.
Açılış mərasimi əyləncəli proqramla, həmçinin məşhur müğənni Miri Yusifin ifası ilə
davam edib.
100-ə yaxın müxtəlif markanın təmsil olunduğu yeni mağaza geniş çeşidə malikdir.
Nərimanov metrosunun çıxışında, rahat və əlverişli yerdə yerləşdir. Mağazanın
tərkibində kiçik oyun zonası, tam funksional kiçik mətbəx ərazisi də var.
Qeyd edək ki, Baku Electronics mağazası 24 ilə yaxındır fəaliyyət göstərir və
Azərbaycanın ən böyük pərakəndə elektronika-məişət texnikası satış şəbəkələrindən
biridir. NAB holdinqə daxil olan şirkətin Bakı və regionlarda ümumilikdə 14 satış
nöqtəsi fəaliyyət göstərir.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
