Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək imkanını yaradacaq

Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək imkanını yaradacaq

Texnologiya
02.08.2021 PAYLAŞIM

    Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Lakin şirkət bununla yetinmək niyyətində deyil. Məlum olub ki, şirkətin beyin implantı fikir gücü sayəsində müxtəlif cihazlardan istifadə etmək imkanını verəcək. Artıq bir neçə ildir ki, Neuralink mütəxəssisləri N1Link adlı neyron interfeysi üzərində çalışırlar. Bu layihə çərçivəsində yaradılan mikroçip insan beyninə inteqrasiya olunacaq və o, beyin siqnallarını təyin edərək onları ötürmək imkanına sahib olacaq.


    Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Neuralink şirkəti 205 milyon dollar investisiya əldə etmişdi. Şirkət mütəxəssisləri bu mövzuya toxunublar. Onlar qeyd ediblər ki, əldə olumuş yeni vəsaitlər konkret məqsədlər üçün istifadə olunacaq. İlk öncə söhbət, mikroçipin kommersiya məqsədli bazara çıxarılmasından gedir. Şirkət təmsilçiləri söz veriblər ki, Neuralink implantı əlləri və ayaqları iflic olmuş şəxslərin rəqəmsal azadlıq əldə etmələrində yardımçı olacaq.

    Bununla yanaşı mütəxəssislər qeyd ediblər ki, yaradılan implant vasitəsilə həmin şəxslər öz kompüterləri və smartfonları ilə qarşılıqlı əlaqədə ola biləcəklər. Bunun üçün onlar sadəcə olaraq müəyyən əməliyyat barəsində düşünməli olacaqlar. Yəni başqa sözlə desək, bu cür pasientlər öz cihazlarını fikir gücü vasitəsilə idarə edə biləcəklər. Bu ilin əvvəlində Musk bildirmişdi ki, Neuralink şirkətinin hazırladığı implantın insanlar üzərində ilk testləri bu ilin sonunda start götürə bilər. Lakin çox güman ki, test müddəti Musk üçün ənənəvi şəkildə təxirə salınacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×