
NFC texnologiyası yaxın illərdə təkmilləşdiriləcək
Elm & Texnologiya
23.06.2023
Emil
Apple, Google, Huawei, Qualcommm, Sony və digər texnoloji şirkətlərinin də üzv olduqları NFC Forum adlı təşkilat NFC texnologiyasının 2028-ci ilə qədər nəzərdə tutulmuş inkişaf xəritəsini təqdm edib. Təşkilatın planlarına əsasən kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC texnologiyasını böyük dəyişikliklər gözləyir. NFC texnologiyasının 2028-ci ilə qədər nəzərdə tutulmuş inkişaf xəritəsi 5 əsas istiqaməti əhatə edir. Həmin istiqamətlər aşağıdakılardır.
- NFC üzərindən naqilsiz şarj gücünün 1 vatt-dan 3 vatt-a yüksəldilməsi. Bunun sayəsində bəzi kompakt ölçülü cihazları şarj etmək mümkün olacaq.
- NFC-nin çalışma radiusunun 5 mm-dən 20-30 mm-ə kimi yüksəldilməsi. Bu öz növbəsində kontaktsız ödənişləri rahat və sürətli etməlidir. Belə ki, bu halda smartfonu ödəniş terminalına çox yaxın məsafəyə kimi yaxınlaşdırmağa ehtiyac qalmayacaq.
- NFC vasitəsilə bir dəfəyə bir neçə əməliyyatın yerinə yetirilməsi. Məsələn bu yenilik çərçivəsində kontaktsız ödənişlər zamanı daimi müştəriləri təyin etmək və onlar üçün bonus proqramlarını tətbiq etmək mümkün olacaq.
- Cihazlar arasında əlaqənin təkmilləşdirilməsi. Ödəniş terminalı qismində smartfondan isatifadə edən müəssisələr və fiziki şəxslər istənilən yerdə ödənişlərin qəbul edilməsi məsələsində daha geniş imkanlara sahib olacaqlar.
- Müxtəlif formatlarda olan məlumatların mübadiləsi məsələsində NFC imkanlarının genişləndirilməsi. Bunun vasitəsilə məsələn bu və ya digər məhsulun tərkib hissəsi və onun emal edilməsi üsulları barəsində məlumatları bölüşmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər