
Ingiltərədəki yeni pul əskinasları vasitəsilə insanlar musiqi dinləyirlər
Elm & Texnologiya
07.05.2017
Farid
İngiltərə Bankının 5 funt sterlinq nominal dəyərli yeni əskinasları təqdim etməsindən bir ay keçdi.
Həmin əskinaslar polimerdən hazırlanıb və məlum olub ki, onlar geniş sahədə istifadə oluna bilərlər.
Polimer əskinaslar adi kağız pullardan fərqli olaraq çirklənməyə və saxta
versiyaların yaradılmasına qarşı daha effektivdir. Bankın baş idarəçisi Mark
Karni hətta zarafat belə etmişdi ki, yeni əskinasları paltaryuyan maşında heç
bir qorxu olmadan yumaq olar. Lakin o, polimer əskinasın vacib xüsusiyyətini
qeyd etməyi unutmuşdu. Belə ki, yeni növ əskinaslar vasitəsilə vinil vallar ilə
musiqiyə qulaq asmaq olar. Biz hələki bilmirik ki, ingilislərin ağlına 5
funtluq əskinası vinil valın səsçıxardıcı iynəsi yerinə istifadə etmək necə gəlib.
Baxmayaraq ki, standart vinil valı üsulundan çıxan səslə müqayisədə 5 funtluq əskinasın
səsi keyfiyyətli deyil, bu hal yenədə maraq və təəccüb doğurur. Biz səbrsizliklə
yeni 5 funtluq əskinasların digər sahələrdədə istifadəsini gözləyirik.
Paylaş
Bənzər xəbərlər