
"Nike"ın bağcıqları özü bağlanan idman ayaqqabısı HyperAdapt satışa çıxır
Elm & Texnologiya
07.05.2017
Farid
"Nike"ın "Back to the Future" filmindən ilham alaraq hazırladığı, uzun müddətdir maraqla gözlənilən öz-özünə bağlanan idman ayaqqabısı HyperAdapt-ın satışa çıxacağı tarix açıqlandı.
Bir çoxumuzun "Back to the Future" filmində Marty McFly-ın geydiyi Nike Mag ilə xatırladığı avtomatik öz-özünə bağlanan idman ayaqqabı fikri nəhayət həyata keçirilir. HyperAdapt 1.0 adıyla görücüyə çıxan və avtomatik bağlanma sisteminə sahib ayaqqabı bənzərlərindən bir addım önə çıxmağı bacarır.İstifadəçi idman ayaqqabısını geyindikdən sonra bağcıqların öz-özünə sıxılmasını təmin edən mexaniki bir sistemə sahib HyperAdapt 1.0 üzərində təkrar doldurulan batareya iştirak edir. Üzərindəki LED işıqlar sayəsində batareya vəziyyətini təqib edə biləcəyiniz ayaqqabı 3 saat davam edən tam doldurulması ilə təxminən 2 həftə istifadə ömrü vəd edir. "Nike" marketinq şöbəsinin rəhbərlərindən Heidi Burgett, Twitterdən yazdığı mesaj ilə - ilk dəfə mart ayında satışa təqdim ediləcəyi açıqlanan - HyperAdapt-ın 28
Noyabr
2016 tarixində
rəsmi olaraq satışa təqdim ediləcəyini yazaraq bildirdi.
Polad Tağıoğlu
Redaktor
Paylaş
Bənzər xəbərlər