
Nintendo 2017-ci ildə yeni oyunlar təqdim edəcək
Elm & Texnologiya
07.05.2017
Farid
Nintendo, 2017-ci ildə yeni mobil oyunlar yayımlayacağını elan etdi. Super Mario Run-dan sonra Nintendo yeni oyunları ilə oyun sevərləri sevindirəcək.
Super Mario Run ilə mobil platformaya giriş
edən Nintendo, bir müddət əvvəl yenilənmiş bu oyunu istifadəçilərə təqdim etdi
və qısa zamanda 50 milyondan çox yüklənmə ilə rekorda imza atdı. Nintendo
başçısının etdiyi açıqlamada bu yükləmənin 2017-ci ilin ilk aylarında 100
milyonu ötməsi gözlənilir. Mobil oyun biznesində böyük uğur qazanmağa nail olan
şirkət, 2017-ci ildən etibarən yeni oyunlar təqdim etməyə hazırlaşır.
Nintendo rəhbəri, Tatsumi Kimishima, hələ
ki, əsas qüvvələrini Nintendo Switch konsoluna sərf etdiklərini, ancaq mobil
platformanı da unutmayacaqlarını bildirib. Onun sözlərinə görə 2017-ci ildə 2 və
ya 3 mobil oyun daha yayımlayacaqlar. Tatsuminin belə açıqlaması Nintendo oyun
sevərləri sevindirib.
Belə iddia olunur ki, 2017-ci ildə Animal
Crossing, Yoshi,Kirbyvə yaZeldakimi Nintendo seriyaları
mobilə gələ bilər. Amma bu oyunlar Nintendo 3DS və Wii U-dakı kimi deyil, Super
Mario Run formatında olacaq.
Paylaş
Bənzər xəbərlər