
Nintendo ilk rəsmi mobil proqramını təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
Oyun dünyasının əfsanəsi Nintendo, ilk mobil proqramı olan Miitomo’yu iOS və Android üçün istifadəyə verdi.
Hələlik Yaponiyada yayımlanan Miitomo, ümumi olaraq bir oyun formatında irəliləyir, amma daha çox sosiallaşmağı hədəfləyir. İstifadəçilərin Mii adı verilən personajlar ilə qarşılıqlı olaraq ünsiyyət qurmasına (Mesaj tipli yazı ilə) əsaslanan Miitomo, istifadəçilərin özünün yaratdıqları personajları istədikləri şəkildə xüsusiləşdirməyə şərait yaradır və bu nöqtədə oyun içində satış funksiyası ilə də fərqli xüsusiləşdirmələr təqdim olunur.
İstifadə üçün Nintendo hesabına ehtiyacı olmayan, amma hesab girişi olduğu təqdirdə cihazlar arasnda sinxronizasiya edən proqram, profil yaratma prosesindı cihazların ön kamerası ilə sizə çox oxşayan personaj yarada bilir. İçində bir çox kiçik oyun da olan Miitomo, yaxın zamanda digər ölkələr üçün də təqdim olunacaq.
Miitomo’ya ödənişsiz olaraq, iOS üçün buradan, Android üçün isə buradan yükləyə bilərsiniz.Paylaş
Bənzər xəbərlər