main-post-cover

    Nintendo-nun növbəti portativ oyun konsolu düşünüldüyündən daha texnoloji ola bilər

    Elm & Texnologiya
    02.10.2023
    Emil Nəcəfov
        Bəzi insayderlərin fikirlərinə əsasən Nintendo şirkətinin növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) Playstation 4Xbox One konsollarının sahib olduqları performansı sərgiləyəcək. Lakin Tom Henderson adlı nüfuzlu insayderin vermiş olduğu məlumata əsasən Nintendo-nun yeni portativ oyun konsolu düşünüldüyündən daha texnoloji olacaq. Öz X hesabında insayder bildirib ki, Nintendo Switch 2 onu sözün əsl mənasında təəccübləndirib.
        İnsayder əmindir ki, oyunların hazırlanması ilə məşğul olan studiyalar növbəti 1 il ərzində olacaq oyun anonsları zamanı oyunların Playstation 5Xbox Series ilə yanaşı həmçinin yeni Nintendo konsolunda da satışa çıxacaqlarını elan edəcəklər. Ola bilsin ki, həmin oyunlar Nintendo-nun yeni oyun konsolunda bir qədər sadələşdirilmiş şəkildə təqdim olunsunlar. Lakin onların təqdim olunacaqları artıq indidən oyunçuları güclü Nintendo konsolu gözlədiyinə işarə edir. Qeyd etmək lazımdır ki, şirkətin öz yeni portativ oyun konsolunu gələn il təqdim edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər