
Nintendo-nun növbəti portativ oyun konsolunun satış tarixi açıqlanıb
Elm & Texnologiya
06.10.2023
İnsayderlər Nintendo-nun növbəti portativ oyun konsolu barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Nintendo-nun yeni oyun konsolu 24 sentyabr 2024-cü il tarixində satışa çıxacaq. Lakin nəsə yolunda getməsə, şirkət satışları həmin ilin 3 noyabr tarixinə kimi təxirə salacaq. Məlumatda qeyd edilib ki, Nintendo-nun yeni oyun konsolu iki versiyada təqdim olunacaq. Onlardan biri kartric girişinə sahib olacaq və onun qiyməti 449$ təşkil edəcək. İkinci versiyada isə kartric girişi mövcud olmayacaq və onun qiyməti 400$ təşkil edəcək. Bununla yanaşı məlumata əsasən konsol OLED ekrana sahib olmayacaq. Lakin OLED ekran əvəzinə konsol özündə AR (artırılmış reallıq) dəstəyini birləşdirəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...