Nintendo-nun yeni oyun konsolu barəsində məlumatlar verilib

Nintendo-nun yeni oyun konsolu barəsində məlumatlar verilib

Texnologiya
08.09.2023 PAYLAŞIM

    Almaniyada keçirilmiş Gamescom 2023 oyun sərgisinin bitməsindən sonra iki nüfuzlu jurnalistin vermiş olduqları məlumata əsasən Nintendo şirkəti sərgidə bağlı qapılar arxasında məhdud sayda insana öz yeni oyun konsolunu sərgiləyib. Məlumatda qeyd edilib ki, Nintendo məhdud sayda jurnalistlərə və tərtibatçılara öz yeni oyun konsolunun imkanlarını “The Legend of Zelda: Breath of the Wild” oyununun yaxşılaşdırılmış versiyasının misalında sərgiləyib. İnsayderlərin sözlərinə əsasən Nintendo Switch 2 (ad şərtidir) orijinal Nintendo Switch-i performans baxımından üstələyir.

    Belə ki, şirkət yeni oyun konsolunda Epic Games şirkətinin The Matrix Awakens texniki demosunu işə sala bilib. Qeyd etmək lazımdır ki, sözügedən texniki demo olduqca texniki resurs tələb edən bir demodur. Bununla belə məlumatda qeyd edilib ki, Nintendo-nun yeni oyun konsolunda The Matrix Awakens texniki demosu NVIDIA-nın DLSS texnologiyasının və aktivləşdirilmiş ray tracing texnologiyasının istifadəsi ilə sərgilənib. İnsayderlərin sözlərinə əsasən yeni oyun konsolu qrafika keyfiyyəti baxımından Playstation 5-dən və Xbox Series-dən geri qalmır. Lakin bununla belə yeni Nintendo Switch orijinal model kimi portativ oyun konsolu formatında hazırlanıb. Nintendo-nun öz yeni oyun konsolunu gələn il təqdim edəcəyi gözlənilir.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×