
Nintendo Pokemon GO üçün nəzərdə tutulmuş yeni cihazı təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Nintendo şirkəti Pokemon GO oyunçuları üçün xüsusi qolbaq
istehsal edəcək. Yeni cihaz vasitəsilə pokestop və pokemonların axtarışı
asanlaşacaq. Deməli hörülmüş kəmərin üzərində vibrasiya və işıq diodları ilə təchiz
olunmuş cihaz yerləşəcək. Cihaz ilə smartfonun sinxronlaşdırılması üçün
Bluetooth-dan istifadə olunacaq. Oyunçu pokestop-a yaxınlaşdıqda cihaz
işıqlanacaq və vibrasiya verəcək. Pokestop-dan oyundakı qiymətli xüsusiyyətlərin
çıxması üçün qolbağa toxunmaq kifayət edəcək. Yəni bunun üçün smartfondan
istifadəyə ehtiyac qalmayacaq. Yaxınlıqda hər-hansı bir pokemonun olması da
vibrasiya və işıqlanma xüsusiyyətləri ilə bilinəcək. Pokemon aşkarlandıqda ona
pokeball-u cihazın mərkəzi düyməsinə klikləyərək atmaq olacaq. Cihaz əslində
iyul ayının sonunda təqdim olunmalı idi. Lakin şirkət cihazın sentyabr ayında təqdim
olunmasına qərar verdi.
Paylaş
Bənzər xəbərlər