
Nintendo Switch-in dəstəyi nə zaman kimi davam edəcək?
Elm & Texnologiya
04.10.2023
Emil
Xbox Series X/S və PlayStation 5 konsollarının satışa çıxmalarından artıq illər keçib. Lakin Nintendo şirkəti hələ də özünün Switch konsolunun yeni versiyasını təqdim etməyib. İndi isə Nintendo-nun hal hazırda aktual olan portativ oyun konsolunu nə vaxta qədər dəstəkləyəcəyi məlum olub.
Nikkei saytına müsahibəsində Nintendo-nun prezidenti Shuntaro Furukawa bildirib ki, Nintendo Switch üçün oyunlar 2025-ci ilin mart ayına kimi satışa çıxacaqlar. Bununla belə 2024-cü ilin mart ayına kimi sözügedən konsola böyük diqqət ayrılacaq. Nintendo prezidentinin bu bəyanatından belə qənaətə gəlmək olar ki, şirkət öz yeni oyun konsolunu 2024-cü ildən 2025-ci ilə kimi olacaq zaman aralığında satışa çıxaracaq. İnsayderlər daha öncə də bildirmişdilər ki, şirkətin növbəti portativ oyun konsolunun təqdimatı 2024-cü ilə planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər