
Nintendo Wii U konsolunun istehsalını dayandıracaq
Elm & Texnologiya
07.05.2017
Farid
Nüfuzlu yapon qəzeti Nikkei öz mənbələrinə istinadan
bildirib ki, Nintendo şirkəti Wii U konsolunun istehsalını bu ilin sonuna kimi
dayandırmağı planlaşdırır. Verilən məlumatda qeyd olunurki bu qərar şirkətin
yeni konsolu olacaq Nintendo NX-in satışa çıxmasından daha tez verilə bilər. Məlumata
əsasən şirkət Wii U konsolu üçün olan bəzi aksesuarların istehsalını
dayandırıb. Anbarlarda qalmış aksesuarların isə yeni konsolun satışa çıxmasına
qədər satılması güman edilir. Bütün bunlara daxmayaraq Wii U konsolu üçün bir
sıra oyunlar hələ istehsal mərhələsindədir. Məsələn Paper Mario: Color Splash və The Legend of
Zelda. Nintendo şirkəti isə Nikkei qəzetinin bu xəbərini inkar edir. Digər tərəfdən
şirkət çox vaxt Nikkei qəzetinin bir çox xəbərlərini inkar edib. Nəticədə isə həmin
xəbərlər sonda öz təsdiqini tapıb. Məsələn bu cür hadisə 2012-ci ildə 3DS XL
konsolu ilə baş vermişdi. İyun ayının əvvəlində Nintendo bütün xəbərləri inkar
edirdi. Lakin E3 2012 oyun sərgisindən sonra şirkət rəsmi olaraq konsolu anons
etmişdi. Bəzən isə elə hallar olurdu ki, Nikkei qəzetinin xəbərləri öz təsdiqini
tapmırdı. Maraqlısı budur ki, hələ fevralın əvvəlində Yaponiyada Wii U
konsolunun çatışmamazlığı problemi yaranmışdı.
Paylaş
Bənzər xəbərlər