main-post-cover

    'Nissan' avtomatik park olunan ayaqqabıları təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    26.01.2018
    Farid Pardashunas
    “Nissan” dünyanın ən yaxşı ayaqqabı istehsalçısı olmasa da onun ayaqqabıları istifadə edilmədiyi müddətdə boş dayanmır.
    Belə ki, sözügedən ayaqqabılar yerləşməli olduqları yerə avtomatik olaraq özlərini park edə bilirlər. Hər halda aydın məsələdir ki, şirkət avtomobil istehsalından ayaqqabı istehsalına keçməyəcək. “Ağıllı” ayaqqabı şirkətin öz Nissan Leaf modeli avtomobilindəki avtonom park sisteminə nəzər yetirmək üçün hazırlanıb. Belə ki, şirkətin ProPilot Park sistemi avtomobilə avtomatik şəkildə park olunma imkanını verir.

    Faktiki olaraq bu sistem tamamilə pilotsuz idarəetmə sisteminin bütün ötürücü və alqoritmlərindən istifadə edir. Beləliklə bu texnologiyalar sayəsində “Nissan”ın əsl pilotsuz avtomobili heç də uzaq gələcəkdə deyil. Həmçinin bir neçə müddət bundan öncə şirkət sürücünün beyin aktivliyinə nəzarət edən xüsusi cihazı da təqdim etmişdi. Həmin cihaz sürücünün və sərnişinin hansı səviyyədə həyəcan və rahatlıq keçirtdiyini təyin edə bilir. Beləliklə əgər sürücü və ya sərnişin narahat haldadırsa pilotsuz avtomobil yolda daha diqqətli ola bilər. Və ya əksinə olaraq sürücü və sərnişin harasa tələsirsə pilotsuz avtomobil yolda daha “aqressiv” hərəkət edə bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər