Nissan yeni növ daxili yanma mühərriklərinin yaradılmasını dayandıracaq
Elm & Texnologiya
07.02.2022
Emil Nəcəfov
Nissan şirkəti ABŞ istisna olmaqla xidmət göstərdiyi digər bütün bazarlarda avtomobillər üçün nəzərdə tutulmuş yeni növ daxili yanma mühərriklərinin yaradılmasını dayandıracaq və əsas diqqətini elektromobillərə yönəldəcək. Beləliklə Nissa Yaponiyanın bu cür addım atacağı ilk avtomobil istehsalçısı olacaq. Qeyd etmək lazımdır ki, şirkət Avropada satılan avtomobillər üçün artıq benzin və dizel mühərriklərinin yaradılmasını dayandırıb. Buna baxmayaraq şirkət ABŞ-da satılan avtomobillər üçün daxili yanma mühərriklərini məhdud rejimdə hazırlamağa davam edəcək. Şirkət ABŞ bazarında əsas diqqətini pikaplar üçün nəzərdə tutulmuş mühərriklərin hazırlanması ilə məşğul olacaq. Belə ki, ABŞ-da pikaplara tələbat daha çoxdur.
Yeni növ daxili yanma mühərriklərinin yaradılmasından imtinanın əsas səbəbi ondadır ki, bütün dünyada olan siyasətçilər nəqliyyat vasitələri tərəfindən ifraz edilən zərərli tullantıların məhdudlaşdırılması üzrə daha sərt qanunlar qəbul edirlər. Beləliklə onlar insanları elektromobillərə keçməyə stimullaşdırırlar. Artıq 2025-ci ildə Avropada Avro-7 alı ekoloji standart qüvvəyə minməlidir. Bu standarta əsasən 2025-ci ildən başlayaraq yeni avtobuslar və yük maşınları Avro-6 standartı ilə müqayisədə azot oksidlərini 90% daha az ifraz etməlidirlər.
Yeni avtomobillərdə isə karbon oksidlərinin tullantıları 3 və hətta 10 dəfə aşağı olmalıdır. Nissan təyin edib ki, yeni ekoloji standartın tələbləri daxili yanma mühərriklərinin yaradılmasına sərf edilən vəsaitin miqdarını yüksəldəcək. Şirkət bildirib ki, o həmçinin tədricən Yaponiya və Çində satılan avtomobillər üçün də ənənəvi mühərriklərin yaradılmasını dayandıracaq. Benzinlə çalışan avtomobillərdən hələ də istifadə olunduğu üçün Nissan mövcud olan mühərriklərin təkmilləşdirilməsi ilə məşğul olacaq. Lakin yeni növ daxili yanma mühərriklərinin yaradılması dayandırılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib