
Nokia 1100-u hissələrə ayırıb "ağıllı" saat düzəltdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Tinkernut adlı YouTube kanalın müəllifi əfsanəvi Nokia 1100 telefonunu hissələrə ayırıb "ağıllı” saat yaradıb.
Nokia 1100-dan videoblogger monoxrom ekranı və vibromühərriki götürüb. Əlavə olaraq o, Bluetooth cihazdan,
akkumulyatordan, platadan və digər detallardan istifadə edib. Bundan əlavə
olaraq videoblogger smartfonla sinxronlaşması üçün saata xüsusi proqram təminatı
yazıb və saatın korpusunu 3D printer vasitəsilə yaradıb. Görünüşcə saat son
model "ağıllı” saatlara bənzəməsə də öz funksiyalarını yerinə yetirir. Belə ki,
saat vaxtı və ötürülmüş bildirişləri öz ekranında əks etdirir. Saatı düzəltmiş
şəxs bütün təlimatı və proqram təminatını public paylaşıb. Beləliklə istənilən
şəxs köhnə telefondan bu cür saat düzəldə bilər.
Paylaş
Bənzər xəbərlər