main-post-cover

    Nokia 2, 4000 mAh tutumlu batareya ilə gəlir

    Elm & Texnologiya
    14.09.2017
    Orxan Jafarli
    Nokia-nın yeni smartfonu olacaq Nokia 2 ilə əlaqədar yeni məlumatlar ortaya çıxdı. Cihaz, 4000 mAh tutumlu batareyası ilə önə çıxacaq kimi görünür.
    Nokia cihazlarını inkişaf etdirən HDM Global, keçdiyimiz günlərdə təqdim etdiyi Nokia 8 modelindən sonra giriş səviyyəsi Nokia 2 modelini təqdim etməyə hazırlanır.
    5 inç-lik ekranda 720p HD keyfiyyətindən istifadə edəcək olan telefon, Snapdragon 212 prosessorundan güc alacaq.
    Cihaz, bu il çıxan bütün Androidli Nokia cihazlarda olduğu kimi Android interfeysi ilə gələcək və Nougat versiyası ilə qutudan çıxacaq.
    Telefonun ən təəccüblü xüsusiyyəti batareya tərəfidir. Çünki cihazda 4000 mAh tutumlu bir batareya yer alacaq. Hələ nə zaman rəsmi olaraq təqdim ediləcəyi bilinməyən cihaz, 160 dollar qiymət etiketli Nokia 3 modelindən birazca daha uyğun qiymətdə olacaq.
    Linki kopyala