main-post-cover

    Nokia 3310-nun 3G versiyası anons olundu (VİDEO)

    Elm & Texnologiya
    28.09.2017
    Farid Pardashunas
    Nokia brendinin sahibi olan “HMD Global” şirkəti, 3G dəstəkli Nokia 3310-nun yeni versiyasını anons edib.
    Techcrunch-ın verdiyi məlumata əsasən istifadəçilər, yeni Nokia 3310-da olan 3G özəllik vasitəsilə Facebook, Twitter Skype vasitəsilə ünsiyyət qura biləcəklər. Bunun üçün istifadəçilər, telefonun sisteminə yeridilmiş xüsusi tətbiqlərdən istifadə edəcəklər. Bununla yanaşı 3310 3G, yeni əməliyyat sisteminə sahib olacaq. 3G özəlliyinin olması səbəbilə telefonun yeni versiyasında bəzi dəyişikliklər də var.
    Belə ki, yenilənmiş Nokia , köhnə versiyadan bir qədər böyükdür. Lakin onun avtonom çalışma müddəti azalıb. Şirkətin verdiyi məlumata əsasən telefon, danışıq rejimində 6.5 saat, gözləmə rejimində isə 27 gün çalışacaq. Yenilənmiş Nokia 3310, Otyabrın ortasından bütün dünyada satışa çıxacaq. Onun qiyməti isə 69 avro təşkil edəcək. Yəni yenilənmiş model, 2G modeldən 20 avro baha qiymətə satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər