Logo
    Nokia 5 və 6 modelləri üçün Android Oreo 8.1 yenilənməsi yayımlandı

    Nokia 5 və 6 modelləri üçün Android Oreo 8.1 yenilənməsi yayımlandı

    Bir vaxtların əfsanəsi olan Nokia bildiyimiz kimi android telefonlar ilə möhtəşəm şəkildə geri dönüş etmişdi. Keçən il tanıtdığı Nokia 5 və 6 modelləri ilə bir xeyli rəğbət qazanmışdı. Dünənlərdə isə istifadəçiləri sevindirəcək bir xəbər gəldi. Belə ki, HMD Global tərəfindən bildirilən məlumatlara görə, Nokia 5 və 6 üçün Android Oreo 8.1 versiyası yayımlanmağa başladı. Lakin qeyd etməliyik ki, Nokia 2 modeli Oreo 8.1 yenilənməsini almayacaq. Nokia 5 üçün 860 Mb, Nokia 6 üçün 930 Mb həcmində olan yenilənmə Mart ayının təhlükəsizlik paketlərini də təmin edir. Bundan əlavə bu yenilənmə ilə Ayarlar(Settings) bölməsində də bir sıra dəyişikliklər olduğu deyilir. Hal-hazırda bütün dünya üçün yüklənməyə açıq olan yenilənmə ölkəmizdə də bir neçə gün sonra aktiv olacaq. Nokia 5 və 6 modellərinin Android P yenilənməsini alacağı dəqiq olmasa da, Nokia 8 modeli Android P yenilənməsini tam şəkildə alacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nokia 5 və 6 modelləri üçün Android Oreo 8.1 yenilənməsi yayımlandı