main-post-cover

    Nokia 5233-ün partlaması ucbatından gənc hindistanlı həyatını itirdi

    Elm & Texnologiya
    21.03.2018
    Farid Pardashunas
    Mobil telefon danışıq zamanı partlayıb və nəticədə gənc qız dəhşətli dərəcədə ayaq, əl və sinə yanıqları əldə edib. HMD Global şirkəti məsələ ilə bağlı öz rəyini artıq bildirib. Telefonun partlayışı nəticəsində vəfat etmiş gənc qızın qardaşının verdiyi məlumata əsasən bu, 2010-cu ildə satışa çıxmış Nokia 5233 modeli olub. Bu barədə GizmoChina saytı xəbər verib.

    “18 yaşlı Uma Omram öz Nokia telefonunu şarja qoyaraq həmin vəziyyətdə telefonla ailə üzvlərindən kiminləsə danışırdı. Lakin ani olaraq partlayış səsi eşidildi və qız huşunu itirərək yerə yıxıldı” – deyə şahidlər bildiriblər. Nokia brendinin hal-hazırki sahibi HMD Global şirkəti baş vermiş hadisəyə öz rəyini verib. “Bizim əldə etdiyimiz hesabatlardakı faktları analiz edə bilməməyimizə baxmayaraq biz zəmanət veririk ki, sözügedən telefon HMD Global şirkəti tərəfindən istehsal olunmayıb və satılmayıb” – deyə şirkət bildirib. Hadisə ilə bağlı istintaq davam edir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər