main-post-cover

    Nokia 6 (2018) rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    05.01.2018
    Emil Nəcəfov
    Nokia brendi keçən ilin Yanvar ayında Nokia 6 smartfonunu təqdim edərək geri dönüş etmişdi.
    Beləliklə 1 ildən sonra smartfonun daha təkmilləşdirilmiş versiyası təqdim olundu. Nokia 6 (2018) modelinin ön panelindəki fiziki düymələr sensorlu düymələr ilə əvəz olunub. Barmaq izi skanı isə arxa paneldə yerləşdirilib. Smartfonun ekranı dəyişməz olaraq qalıb. Yəni o, 5.5 inç Full HD ekrana sahibdir. Texniki göstəricilərə gəldikdə isə Nokia 6 (2018) Snapdragon 630 prosessoru, 4 GB RAM, 32/64 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya, f/2.0 diafraqmalı 16 MP-lik arxa və f/2.0 diafraqmalı 8 MP-lik kamera ilə təchiz olunub

    Keçmiş modeldə olan microUSB girişi USB Type-C girişi ilə əvəz olunub. Smartfon həmçinin özündə iki SIM kart və microSD girişini də birləşdirir. Nokia 6 (2018) Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Lakin yaxın zamanda o, Android 8.0 Oreo dəstəklənməsini alacaq. Yeni model hələki ilk növbədə Çin bazarında satışa çıxacaq. Digər bazarlarda satış barədə heç bir məlumat verilməyib. 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 230$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 245$-a satılacaq.

    Linki kopyala