
Nokia 8 Sirocco haqqında yeni məlumatlar sızdırıldı
Elm & Texnologiya
05.02.2018
Emil
Bir neçə müddət bundan öncə “HMD Global” şirkəti təsdiq etmişdi ki, 26 Fevral tarixində MWC 2018 tədbiri çərçivəsində yeni model Nokia smartfonlarını təqdim edəcək.
Yeni sızdırılmış məlumatlara əsasən
həmin təqdim olunacaq modellər arasında həmçinin Nokia 8 Sirocco smartfonu da
olacaq. Əvvəlki məlumatlar təsdiq etmişdi ki, şirkət yeni nəsil Nokia 8 üzərində
çalışır. Qeyd etmək lazımdır ki, 2006-cı ildə Nokia brendi Nokia Sirocco adlı
telefonu satışa çıxartmışdı. Həmin vaxtda isə bu telefon brendin ən bahalı
modeli hesab olunurdu.
Güman olunur ki, təqdim olunacaq yeni Nokia 8 modeli
Sirocco brendinin davamçısı olacaq. Sızdırılmış yeni məlumatlara əsasən Nokia 8
Sirocco Snapdragon 845 prosessoru, 6 GB RAM, biri 12 MP, digəri isə 13 MP
olmaqla ikili arxa kamera, 5 MP-lik ön kamera, 3250 mAh enerji tutumlu
batareya və 5.5 inç OLED ekran ilə təchiz olunacaq. Həmçinin smartfon IP67
standartı üzrə tozdan və sudan qorunan korpusa sahib olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
