Logo
    Nokia 8.1 barəsində ilkin məlumatlar ortaya çıxdı

    Nokia 8.1 barəsində ilkin məlumatlar ortaya çıxdı

      Məşhur Geekbench bençmark saytının məlumatlar bazasında Nokia 8.1 smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Nokia 8 keçən il satışa çıxmışdı və Nokia brendinin ilk flaqman modeli idi. Lakin yeni Nokia 8.1 modeli flaqman smartfon olmayacaq. Geekbench məlumatlarına əsasən Nokia 8.1 smartfonu Snapdragon 710 prosessoru və 4 GB RAM ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu prosessor həmçinin bir neçə müddət bundan öncə təqdim olunmuş Nokia X7 modelində də var. Heç istisna deyil ki, Nokia 8.1 modeli Nokia X7-nin beynəlxalq versiyası ola bilər. Maraqlısı ondadır ki, Noki 8.1 smartfonu Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Çox güman ki, Nokai 8.1 HMD Global şirkətinin Adroid 9.0 Pie əməliyyat sistemli ilk smartfon modeli olacaq. Onu da qeyd etmək lazımdır ki, Geekbench-in birnüvəli testində smartfon 1841 xal, çoxnüvəli testində isə 5807 xal toplayıb.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nokia 8.1 barəsində ilkin məlumatlar ortaya çıxdı