
Nokia 9 barəsində məlumat gözlənilməz mənbədən sızdırıldı
Elm & Texnologiya
10.09.2018
Emil
Nokia 9-un yaxın müddət ərzində satışa çıxması məlumatı heç
gözlənilməz bir mənbə vasitəsilə ortaya çıxdı. Belə ki, məlumat Latviyanın
Samsung cihazları üçün nəzərdə tutulmuş trade-in saytında aşkar edilib. Saytda
qeyd olunub ki, istifadəçi hələ təqdim olunmamış Nokia modelini gətirərək növbəti
Galaxy modelinə 292 avro dəyərində endirim əldə edə bilər. Bu cür endirim Nokia
9-un iki SIM kart ilə 128 GB daxili yaddaş versiyası üçün təqdim olunur. Həmçinin
64 GB daxili yaddaşa sahib versiya da mövcuddur. O da həmçinin iki SIM kart dəstəyinə
sahibdir. Samsung şirkəti bu cür məlumata necə sahibdir? Bir sıra mənbələrin
fikrincə bu məlumat köhnə model cihazların emalı ilə məşğul olan şirkətdən gəlib.
Bu cür şirkətlər emal edilməsi potensial olan cihazların siyahısını tutmaq ilə
məşğul olurlar. Təbii ki, Nokia 9 modelinin bu siyahıya əlavə edilməsi bir qədər
vaxtından tez olub.
Paylaş
Bənzər xəbərlər