Nokia 9 ilə Nokia X7 modellərinin ön panel fotoları yayıldı
Elm & Texnologiya
15.09.2018
Farid Pardashunas
Çindən hələ anonsu olunmamış iki Nokia smartfonu barəsində məlumatlar
yayılıb. Belə ki, anonim mənbə Nokia 9 ilə Nokia X7 modellərinin fotolarını
sosial şəbəkələrdə paylaşıb. Məlum olub ki, hər iki yeni Nokia modelində bir
çox istifadəçiləri qıcıqlandıran məşhur özəllik olmayacaq. Artıq satışa çıxmış
Nokia X5 ilə X6 modellərinin ekranlarının üzərində çıxıntı hissələr var. Güman
olunurdu ki, Nokia X7 modeli də bu cür dizayna sahib olacaq. Lakin yayılmış
fotolar bu ehtimalı təkzib edir.
Beləliklə Nokia X7 18:9 nisbətində böyük ekrana
sahib olacaq və onda heç bir çıxıntı hissə olmayacaq. Həmin hal Nokia 9 flaqman
modelinə də aiddir. Bundan əlavə olaraq Nokia 9-da 5 arxa Zeiss markalı
kameranın olacağı da gözlənilir. Hələ ki, bu cür sayda kameranın nə üçün
istifadə olunacağı və onların istifadəçiyə hansı çəkiliş özəlliklərinin təqdim
edəcəyi barəsində heç bir məlumat yoxdur. Nokia X7-ə gəldikdə isə məlumdur ki,
smartfon Snapdragon 710 prosessoru ilə təchiz olunacaq. Hər iki smartfonun təqdimat
tarixi barəsində hələki heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)