Nokia 9 PureView smartfonunun davamçısı barəsində məlumat verilib
Elm & Texnologiya
23.10.2019
Farid Pardashunas
Bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, HMD Global şirkəti bu ilin sonuna kimi Nokia 9 PureView smartfon modelinin davamçısını təqdim edəcək. Lakin görünür, bu məlumat düzgün deyil. Belə ki, Nokia Anew adlı mənbənin verdyi məlumata əsasən şirkət sözügedən flaqman smartfon modelinin təqdimatını təxirə salıb. Bu barədə Gagadget saytı xəbər verib.
Yeni məlumata əsasən Nokia 9.1 PureView smartfonu 2020-ci ilin ikinci rübündən tez satışa çıxmayacaq. Həmin vaxta kimi şirkət aşağı büdcəli və orta büdcəli smartfonların satışa çıxarılmasına öz diqqətini yönləndirəcək. Təəssüflər olsun ki, smartfon barəsində heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, Snapdragon 855 və ya Snapdragon 865 prosessoru, 6/8 GB RAM, genişformatlı AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və 5 arxa kamera ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!