main-post-cover

    Nokia 9 PureView smartfonunun keys və real fotoları sızdırıldı

    Elm & Texnologiya
    26.12.2018
    Farid Pardashunas
        İnternetdə 5 arxa kameraya sahib Nokia 5 PureView modelinin keys və real fotoları yayılıb. Smartfonun real fotoları Slashleaks saytı, keys fotoları isə AndroidPure saytı tərəfindən təqdim olunub. Beləliklə təqdim olunmuş keys fotoları sözügedən smartfonun əsas özəlliyini əks etdirir. Təbii ki, söhbət, 5 ədəd arxa kameradan gedir.

        Beləliklə arxa paneldə əslində 7 modul yerləşdirilib. Onlardan 5-i kamera modulu, biri isə işıqlandırma moduludur. Lakin yeddinci modulun nədən cavabdeh olduğu barəsində məlumat yoxdur. Lakin bir çoxları güman edirlər ki, həmin modul avtofokusun lazer köməkçisi olacaq. Real fotolara gəldikdə isə görmək olar ki, smartfonun ön panelinin yuxarı hissəsi bir qədər qalın çərçivədən ibarət olacaq. Həmin çərçivədə ötürücülər, səsgücləndiricilər, ön kamera və Nokia yazısı yerləşir.

        Məlumata əsasən Nokia 9 PureView flaqman smartfonun QHD+ keyfiyyətli 6 düym OLED ekran, Snapdragon 855 prosessoru, 8 GB-a kimi RAM göstəricisi, 256 GB-a kimi daxili yaddaş həcmi, 4150 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun təmiz Android əməliyyat sistemi vasitəsilə çalışacağı güman edilir. Smartfonun təqdimatı gələn ilin sonunda və ya fevral ayında baş tutacaq MWC 2019 sərgisində baş tuta bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər