main-post-cover

    Nokia 9 sızdırıldı, cihazın dizaynı ortaya çıxdı (VİDEO)

    Elm & Texnologiya
    12.10.2017
    Orxan Jafarli
    Nokia 9 ilə əlaqədar bir müddətdir ortaya çıxan söz-söhbətlər yaxşıdan yaxşıya artmağa başladı. Hər nə qədər Snapdragon 835-li Nokia 8 keçdiyimiz günlərdə satışa çıxmış olsa da, görünüşə görə HMD yeni bir flaqman daha təqdim etməyə hazırlanır.
    Qarşımızdakı il içərisində HMD-nin Nokia 2, 7 və 9 olmaqla üç fərqli cihaz təqdim etməsi gözlənilir.
    Ön tərəfdən baxıldığında ekran gövdə nisbəti ilə diqqət çəkən cihazın, ikinci vizualına baxdığımızda isə 3.5 mm-lik qulaqlıq girişinin olmaması diqqət çəkir. Əlavə olaraq alt tərəfdə bir hissədə dinamik , ortada isəUSB Type-C və onun dərhal yanında mikrofon gözə dəyir.
    Cihazın arxa tərəfində Nokia 8 modelində olduğu kimi iki arxa kamera və onun dərhal altında barmaq izi skanı var. Hələ dəqiq bir şey yoxdur ancaq vizuallar cihazın arxa hissəsinin şüşədən ola biləcəyini göstərir.
    Texniki xüsusiyyətlər nöqtəsində isə Nokia 9 modelinin 5.5 inç ölçülü ekranda Quad HD keyfiyyəti təqdim etməsi gözlənilir. Fiziki ölçüləri 140.9 x 72.9 x 7.5 mm olacağı ifadə edilən cihazın digər texniki xüsusiyyətləriylə əlaqəli isə hələ məlumat yoxdur. Ancaq proqram nöqtəsində telefonun Android Oreo ilə qutudan çıxacağını söyləyə bilərik.
    Linki kopyala