main-post-cover

    Nokia 9-un ilk real fotoları sızdırıldı

    Elm & Texnologiya
    13.02.2018
    Farid Pardashunas
    SlashLeaks adlı nüfuzlu mənbə “HMD Global” şirkətinin MWC 2018 tədbirində təqdim etməsi gözlənilən Nokia 9 smartfonunun real fotoları sızdırıb.

        Sızdırılmış fotolarda əks olunmuş smartfon Nokia 9 haqqında əvvəlki məlumatları tədiqləyir. Belə ki, fotolardan birində görmək olar ki, smartfonun ekranı kənar tərəflərdən əyilmiş formadadır. Smartfonun arxasında şaquli ikili arxa kamera və onun sağ tərəfində işıqlandırma sistemi yerləşdirilib. Barmaq izi skanı texnologiyasının harda yerləşəcəyini fotolardan müəyyən etmək qeyri-mümkündür. Güman olunur ki, Nokia 9 5.5 inç OLED ekran, Snapdragon 845 prosessoru, 3250 mAh enerji tutumlu batareya, biri 12 MP digəri isə 13 MP olmaqla ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər