Logo
    main-post-cover

    Nokia 9-un qiyməti bəlli oldu. iPhone 7-dən daha bahalı smartfon gəlir

    "HMD Global” şirkəti bu ilin 3-cü rübündə Nokia brendinin flaqman smartfonunu təqdim edəcək.

    Onun texniki göstəriciləri və qiyməti isə artıq bəllidir. NokiaPowerUser mənbəsinin məlumatlarına əsasən sözügedən smartfon Nokia 9, bu ilin 3-cü rübündə satışa çıxacaq. ABŞ-da onun qiyməti isə 700$ təşkil edəcək. Göründüyü kimi bu cür qiymət dəyəri Nokia brendli smartfon üçün bir qədər bahadır. Yadınızdadırsa əvvəlki büdcəli modellər daha ucuz qiymətə satılırdı. Nokia 9-un texniki göstəricilərinə gəldikdə isə o, 5.5 inç QHD OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 22 MP-lik arxa və 12 MP-lik ön kamera, 3800 mAh (sürətli enerji yığma funksiyalı) enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni flaqman smartfonun korpusu IP69 standartına uyğun olaraq tozdan və sudan qorunacaq və cihaz göz qişası skanına sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər