main-post-cover

    Nokia 9-un yeni fotoları sızdırıldı

    Elm & Texnologiya
    28.11.2017
    Farid Pardashunas
    Nokia brendinin müasir smartfon seriyası 2, 3, 5, 6, 7 və 8 adlı modellərdən ibarətdir.

    Hələ ki, 1 və 4 adlı smartfonlar haqqında şaiyələrin olmamasına baxmayaraq, Nokia 9 haqqında məlumatlar kifayət qədərdir. Nokia-nın bu yeni flaqman modelinin dizaynı isə tamamilə təqdim olunub. Belə ki, cihazın yeni fotoları ortaya çıxıb. Nokia 9 5.5 inç OLED ekrana sahib olacaq və kənar tərəflərdən əyilmiş olacaq.

    Smartfonun yuxarı və aşağı hissəsindəki çərçivələr isə kiçik olacaq. Lakin buna baxmayaraq smartfonu çərçivəsiz adlandırmaq olmaz. Bundan əlavə olaraq onun korpusu IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahib olacaq. Ön paneldə olan çərçivələrin kiçikliyindən barmaq izi skanı öndə yerləşdirilməyib. Bunun yerinə onu smartfonun arxa panelinə keçirdiblər.

    Həmçinin yeni modeldə Galaxy Note 8-də olduğu kimi göz qişası skanının da olacağı güman olunur. Nokia 9 13 MP-li ikili arxa Carl Zeiss kamerası ilə təchiz olunacaq. Digər texniki göstəricilərinə gəldikdə isə o, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfonun Android 7.1.1 əməliyyat sistemi ilə çalışacağı gözlənilir. Çox güman ki, Nokia 9 2018-ci ilin birinci rübündə satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər