
Nokia 9-un yeni fotoları sızdırılıb
Elm & Texnologiya
21.05.2017
Emil
“Nokia” şirkətinin yeni flaqman smartfonu olacaq Nokia 9-un fotoları sızdırılıb.
Yadınızdadırsa bu ilin Fevral ayında Barselonada keçirilmiş Mobile World Congress-də 3 Nokia
modeli təqdim olunmuşdu. Görünür istehsalçı bu ilki smartfonların sayını
artırmaq da qəti qərarlıdır. Sızıdırılmış fotolar mobil bazarına yenidən geri
dönüş etmiş Nokia brendinin yeni mükəmməl smartfonunu bizlərə təqdim edir.
Nokia 9-un əsas özəlliyi lazer avtofokuslu və ikili diod işıqlandırma sisteminə
sahib 13 MP-lik arxa kamerası olacaq. Nokia 9-u test etmiş insanlar onun kamerası
ilə bəzi fotolar çəkəndən sonra belə qənaətə gəliblər ki, Nokia 9, kamera
baxımından bazarda olan digər rəqiblərindən heçnə ilə fərqlənmir. Məlumata əsasən
Nokia 9, 2560x1440 piksel keyfiyyətli 5.3 inç ekran, 8 nüvəli Snapdragon 835
prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Onun
batareyasının həcmi hələki bilinməsə də, QuickCharge 3.0 sürətli enerji yığma
funksiyasına sahib olacağı dəqiqdir. Yeni smartfon, Android 7.1.1 Nougat əməliyyat
sistemi ilə təchiz ediləcək. Bundan əlavə olaraq Nokia 9, USB Type-C girişinə
sahib olacaq, lakin iPhone 7 və bu il çıxmış digər smartfonlardan fərqli olaraq
standart 3.5 mm-lik audiogirişi özündə qoruyacaq. Nokia 9-un təqdimatının bu
ilin İyul ayında baş tutacağı gözlənilir. Onun qiyməti isə 700$ civarında olacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər